“Dövlət Gömrük Komitəsi cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119.55 % əməl edib.
“Report” xəbər verir ki, bunu DGK sədri Səfər Mehdiyev “Tvitter”də yazıb.
“Nəzərdə tutulan proqnozdan əlavə 153.5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”, – S. Mehdiyev bildirib.