10 C
Baku
Friday, December 13, 2024

Gömrük Komitəsi Fizuli Ələkbərovun şirkətini cərimələdi

“İmprotex Motors” Məhdud Məsuliyyətli Müəssisəsi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə – fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, yerli avtomobil bazarında ilk rəsmi idxalçı kimi tarixə düşən “Improtex Motors” şirkəti 1998-ci ildə yaradılmış  və əsas fəaliyyəti premium sinfi avtomobilləri ilə bağlıdır. BMW, BMW Motorrad, MINI, Rolls-Royce və Yamaha kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır.

Son xəbərlər
Digər xəbərlər