10 C
Baku
Thursday, December 12, 2024

Gömrük Komitəsi sahibkarlar üçün təklif etdiyi yeni xidmətin tətbiqinə başladı

“Artıq sahibkarlara malların idxalı zamanı SMS-lə bildirişlərin göndərilməsi xidmətinin tətbiqinə başlanılıb”.

Bunu Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsində vahid SMS-məlumatlandırma sistemi yaradılıb: “May ayının 29-dan tətbiqinə başlanılan sistemə əsasən hazırda sahibkarlara idxal zamanı yük gömrük ərazisinə daxil olduqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir”.

A.Abbasov bildirib ki, təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat veriləcək.

© APA

Son xəbərlər
Digər xəbərlər