2026-cı il avqustun 1-i vəziyyətinə ölkədə pul bazasının həcmi 23 milyard 942.6 milyon manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ilin iyul ayı ilə müqayisədə pul bazasında 1.8%-lik cüzi azalma qeydə alınıb. İllik müqayisədə 12.7 %-lik artım nümayiş etdirir.
Qeyd edək ki, pul bazası 1 iyul tarixinə 24 milyard 381.2 mln manat təşkil edib. 2025-ci ilin avqustun 1-nə bu göstərici 21 milyard 243 mln manat olub.







