Azərbaycanda dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin xətti ilə təkcə avqust ayında 386 milyon manatdan çox vəsait daxil olmaqla son illərin aylıq rekordunu yeniləyib.
Banker.az xəbər verir ki, bu barədə DGK-dan bildirilir.
Gömrük xətti ilə büdcəyə daxil olan vəsaitlərin 105.44 mln. manatı gömrük rüsumu, 263.35 mln. manat ƏDV-ilə, 13.65 mln. manatı aksiz vergilər və 3.58 mln. manatı isə yol vergisindən olub.
Beləliklə, 2021-ci ilin ilk 8 ayı ərzində dövlət büdcəsinə DGK xətti ilə 2 milyard 810.05 milyon manat olmuşdur. Bu da öncəki ilin müvafiq dövrü ilə müqayisədə 164.76 mln. manat, yaxud 6.2% çox olması deməkdir.
DGK sədri Səfər Mehdiyev bununla bağlı şərh yazaraq Komitə cari ilin yanvar-avqust ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112.58 % əməl edib. Onun qeydinə görə, nəzərdə tutulan proqnozdan əlavə 313,97 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.