15 C
Baku
Wednesday, May 22, 2024

Gömrük Komitəsinin yeni inzibati binası üçün daha 8 milyon manat ayrıldı

Dövlət Gömrük Komitəsinin “AzərTerminalKompleks” Birliyi FF Construction MMC ilə 8 milyon manatlıq müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə yeni inzibati binasının fasadının üzlənməsi nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə  7.576 milyon manatdır.

Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsi “Progress” Sənaye İstehsalat Şirkəti ilə yeni inzibati binasının tikintisi üçün 30 milyon manatlıq müqavilə bağlamışdır.

Bildirək ki, Bakının Yasamal rayonunda Dövlət Gömrük Komitəsinin yeni inzibati binası tikilir. Hazırda tikilməkdə olan yeni bina indiki komitənin binası ilə Ekologiya Nazirliyinin binası arasında yerləşir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər