7 C
Baku
Thursday, December 12, 2024

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25 % artıb

Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 544.97 milyon manat təşkil edib.

Banker.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 % çoxdur.

Bu ilin 3 ayında gömrük rüsumları üzrə daxilolmalar 21 % artaraq 366.082 mln manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 26.2 % artaraq 1 120.934 mln manat, aksizlər üzrə daxilolmalar 50.7 % artaraq 43.988 mln manat, yol vergisi üzrə daxilolmalar isə 15.1 % artaraq 13.965 mln manat olub.

Son xəbərlər
Digər xəbərlər