13 C
Baku
Thursday, April 18, 2024

Gömrük və vergi borcuna görə tikinti şirkəti məhkəməyə verilir: 229 min manat

Bakı Kommersiya Məhkəməsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azman” MTK-yə qarşı yaranmış gömrük borcunun ödənilməsi tələbinə dair işə baxılıb.

Banker.az xəbər verir ki, komitə gömrük əməliyyatları nəticəsində gömrük bəyannamələrinə əsasən, dövlət büdcəsinə ödənilməli olan 228 min 827 manat məbləğində pul vəsaitinin “Azman” MTK-dən tutularaq, dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Lakin məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Dövlət Kömrük Komitəsinə lazımi qaydada məlumat verilsə də, o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməyib.

Eyni zamanda, iddiaçının nümayəndəsi Həsənov Bəbir Hüseyn oğlu məhkəməyə ərizə ilə müraciət edib, məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş edib.

Cavabdehin nümayəndəsi və vəkili İbrahimov Telman Sadət oğlu məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirib və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edib.

Buna görə məhkəmə işin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.

Son xəbərlər
Digər xəbərlər