10 C
Baku
Thursday, December 12, 2024

Gömrük xətti ilə dövlət büdcəsinə ödənişlərin həcmi azalıb – illik müqayisə

Azərbaycanda 2021-ci ilin ilk 5 ayı üzrə Dövlət Gömrük Xətti ilə büdcəyə olunan ödənişlərin həcmi öncəki ilin müvafiq dövründən hələ də geri qalır.

Bu barədə Banker.az DGK-nin rəsmi səhifəsinə istinadla bildirir.

Məlumata görə, 2021-ci ilin ilk 5 ayı ərzində gömrük xətti ilə büdcəyə  1 milyard 662.02 milyon manat həcmində ödəniş edilib. Bu isə 2020-ci illə müqayisədə 34.09 milyon manat, yaxud, 2% azdır.

Qeyd edək ki, gömrük xətti ilə 2021-ci ilin may ayında 347.63 milyon manat büdcəyə ödəniş olub. Bu da aylıq müqayisədə 6.3% azalma dinamikasıdır.

Bu ödənişlərdə, gömrük rüsumu üzrə 92.73 milyon manat, ƏDV üzrə 240.68 milyon manat, aksizlər üzrə 11 milyon manat və yol vergisi üzrə 3.22 milyon manat vəsait yığılıb.

42242342

Son xəbərlər
Digər xəbərlər