23 C
Baku
Friday, April 26, 2024

Gömrük xaricdən mal sifarişçilərinin işini bir qədər də çətinləşdirir – Bəyannamə belə veriləcək

Dövlət Gömrük Komitəsi artıq ötən gündən başlayaraq gömrük bəyannaməsini mobil telefonlar vasitəsi ilə təqdim edə bilmək üçün yeni tətbiqini ictimaiyyətə açıqladı.

DGK-dan deyirlər ki, yeni layihə “elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün qurulmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə” şərait yaradacaq.

Lakin, bildirməliyik ki, DGK-nın “şəffaf və sürətli” dediyi bundan əvvəl də kargo və ya daşıyıcı şirkətlərin səhifəsində “gömrük bəyamnaməsi” hissəsində də var idi. Görünür, DGK bununla bağlamalardakı məlumatları dəqiq qeydiyyata almaq üçün bu sistemdən yararlanmaq istəyir. Bildiyimiz kimi, fiziki şəxslərə 21 sentyabrdan başlayaraq xaricdən gətirilən məhsulların bir ay üzrə kvotasını 800 dollardan 300 dollara endirib. Yəni, bu limitə qədər gömrük rüsumu tətbiq edilmir, lakin, sifariş verən 300 dollar üzərində olduqda gömrük rüsumuna cəlb ediləcək.

Xaricdən edəcəyiniz sifarişləri bəyan etmək üçün istifadə edəcəyiniz tətbiqin adı “Smart Customs” adlanır.

Həmin tətbiqi Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda istifadə etmək mümkün olacaq.

Məbləğ və miqdar limitini keçdiyiniz halda belə gömrük orqanına gəlməyə ehtiyac qalmır. “Smart Customs” tətbiqini yükləyib, “ASAN login” ilə qeydiyyatdan keçə bilərsiniz. Qeyd edilməlidir ki, qeydiyyat üçün təkcə “ASAN imza”ya ehtiyac yoxdur. Qeydiyyat zamanı ilk başlanğıcda qeyd edilən istifadəçi adı ilə (şəxsiyyət vəsiqənizdəki FİN kod və mobil telefonu vasitəsi) qeydiyyatdan keçmək mümkündür.

Qeydiyyat sonrası, “Xidmətlər” (Services) bölməsindəki, Sadələşdirilmiş bəyannamə ( Simplified declaration) hissəsinə daxil olub, sifariş verdiyiniz məhsul haqqında məlumatı qeyd edəcəksiniz.

Burada, tələb olunan məlumatlar

İlk olaraq:

  • Vətəndaşlıq;
  • Ş.V-nin nömrəsi və ya FİN nömrəsi;
  • Doğum tarixi;
  • Ad, soyad;
  • Telefon nömrəsi.

İkinci mərhələ:

  • Poçt və daşıyıcı şirkət (A-kargo MMC);
  • Göndərən ölkə (Türkiyə və s.);
  • Satıcı (Trendyol, ASOS və s.).

Üçüncü mərhələ:

  • Sifariş verdiyiniz bağlamalar haqqında məlumatı yazırsız.

Dördüncü mərhələ:

  • Son mərhələdə sifarişləriniz yerinə yetirilməsi və bəyannamənin məlumatları qeyd ediləcək.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər