9 C
Baku
Wednesday, November 13, 2024

Gömrükdə ölkəyə gətirilən avtomobillərin dəyəri artdı – Maşın bazarında bahalaşma

Xaricdən gətirilən avtomobillərin idxal dəyər 5 min manatadək artıb. Belə ki, bu ilin yanvar-iyun aylarında xaricdən Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd avtomobil gətirilib.

Banker.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb, dəyəri baxımından 26 milyon 60 min dollar və ya 4% artıb. Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar, ötən ilin eyni dövründə isə 15 min 573 dollar olub. İdxal qiyməti son bir il ərzində  5 min manatadək artıb.

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, avtomobillərin idxal dəyərinin artmasının səbəbi ili köhnə nəqliyyat basitələrinin ölkəyə gəlişinin məhdudlaşdırılmasıdır.

Ekspert həmçinin bildirir ki, idxal edilən avtomobillərin 9 minə yaxını hibriddir.

Maraqlısı odur ki, idxal qiymətlərinin artması ölkəmizdə maşınların bahalaşmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Son xəbərlər
Digər xəbərlər