21 C
Baku
Friday, April 26, 2024

Google əməkdaşının qızı atasına ən gözəl hədiyyəni etdi

Qızcığaz şirkətə məktub yazmış və rəhbərlikdən atası üçün 1 həftəlik məzuniyyət əldə etmişdir. Google şirkətində çalışan bir əməkdaşın Keti adlı qızı şirkətə bu rica ilə müraciət etmişdir:

“Əziz Google işçiləri! Çərşənbə günü atam işə gəldikdə onu evə gəlməsi üçün buraxa bilərsiniz? Axı onun şənbə günləri cəmi 1 istirahət günü var.

P.S. Çünki çərşənbə günü onun doğum günüdür.

P.P.S. Və yeri gəlmişkən, indi yaydır”

Mkmawdw-620x620 Tezliklə balaca qızcığaz şirkətdən rəsmi cavab əldə edir. Şirkət əməkdaşı Daniel Shiplacoff onun atasının bütün dünyadan olan insanlar üçün böyük işlər gördüyünü və “çərşənbə günləri yay məzuniyyətlərinin” vacibliyini qeyd etmiş və atasına 1 həftəlik məzuniyyət verəcəyini vəd etmişdir.

pbdlKds-620x620

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər