15 C
Baku
Saturday, April 20, 2024

Google 12 yaşlı oğlanın 100 000 avro borcunu bağışladı

İspaniyanın Torreviexa şəhərinin 12 yaşlı sakini Xose Xavier bir çox öz yaşıdı kimi məşhur You-Tube blogeri olmaq istəyirdi. Lakin onun bu arzusu Google şəbəkəsində reklam nümayişi səbəbindən 100 000 avroya başa gəlir. Düzdür, Google şirkəti onun bu borc çün həddindən artıq azyaşlı olduğuna qərar verir və onun valideynlərindən bu borcu tələb etmir. Azyaşlı oğlanın pul qazanmaq cəhdi haqqında isə bir neçə nəşr məlumat paylaşdı.

Xose YouTube-da videolar – üzv olduğu Los Salerosos yerli qrupunun çıxışlarının görüntüləri hesabına pul qazanmaq qərarına gəlir. O dostu ilə avqust ayının əvvəlindən Google reklamlarının köməkliyi ilə gəlir əldə etməyə çalışır. Lakin azyaşlılar şirkətin iki reklam sistemi olan AdSense və AdWords-u səhv salırlar. Beləliklə, bir neçə ay ardıcıl olaraq onlar öz səhifələrində yerləşdirilən reklam hesabına gəlir əldə etmək əvəzinə, reklamı başqa saytlarda yerləşdirmişlər.

Bütün bu zaman ərzində isə Xosenin plastik kartı Google AdWords hesabında açıq olaraq qalır. Valideynləri Xose üçün bu kartı gələcək xərclərinə pul toplamaq üçün açmışdılar. Əsas olaraq da, sürücülük haqqı əldə etmək üçün. Xosenin hesabında cəmi 2000 avro olduğundan hesab sıfıra yaxınlaşdıqda bank onun valideynləri ilə əlaqə saxlayır və onlar dərhal cari ödənişləri dayandırır. Ümumi borc təqribən 100 000 avro təşkil edirdi və ailə hüquqşünasa müraciət etməyə qərar verir.

Lakin daha sonradan hüquqi yardıma ehtiyac qalmır. Belə ki, Google şəbəkəsinin reklam qaydalarına əsasən 14 yaşdan yuxarı şəxslər ilə müqavilə bağlamaq olar və şirkət borcu ailəyə bağışlayır.

Son xəbərlər
Digər xəbərlər