15 C
Baku
Friday, March 29, 2024

“Google” ABŞ-dakı iğtişaşlar fonunda Android 11 əməliyyat sisteminin buraxılışını təxirə saldı

Qeyd edək ki, Android 11 əməliyyat sisteminin onlayn təqdimatı iyun ayının 3-də keçirilməli idi.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Biz sizə Android 11 haqqında daha çox məlumat vermək istəyirik, lakin indi uyğun vaxt deyil”, – “Google” un açıqlamasında deyilir. Təqdimatın dəqiq hansı tarixə qədər təxirə salındığı məlum deyil.

ABŞ sakinləri may ayının sonundan bəri polis zorakılığına və irqi ayrıseçkiliyə etiraz aksiyalarını keçirirlər və bu, iğtişaşlara çevrilib. Bunun əsas səbəbi isə polis tərəfindən boğularaq afroamerikalı Corc Floydun ölümü olub.

Son xəbərlər
Digər xəbərlər