Google Aİ-nin $4,7 milyardlıq iddiası ilə bağlı məhkəmə çəkişməsində uduzub

Avropanın ən yüksək məhkəməsi cümə axşamı Google işi üzrə qərarı qüvvədə saxlayaraq şirkəti təxminən 4,1 milyard avro (4,67 milyard dollar) məbləğində cərimə ödəməyə məcbur edib.

Avropa Komissiyası 2018-ci ildə Android əməliyyat sistemi vasitəsilə mobil cihazlar bazarında dominant mövqedən sui-istifadə etdiyinə görə Google-a rekord məbləğdə cərimə tətbiq etmişdi. Tənzimləyicinin fikrincə, şirkət smartfon istehsalçıları ilə əvvəlcədən quraşdırma müqavilələri vasitəsilə öz tətbiqlərinə ədalətsiz üstünlüklər qazandırıb.

Google bu qərardan Aİ-nin məhkəmə sistemində şikayət versə də, Avropa Ədalət Məhkəməsi apellyasiyanı rədd edib.

Məhkəmənin press-relizində deyilir: “Avropa Ədalət Məhkəməsi Google və Alphabet tərəfindən Baş Məhkəmənin qərarına qarşı verilmiş apellyasiyanı rədd edir və Android əməliyyat sistemi ilə bağlı anti-rəqabət fəaliyyətinə görə tətbiq edilmiş cəzanı qüvvədə saxlayır”.

CNBC məsələ ilə bağlı Google-dan şərh istəyib.

2022-ci ildə Aİ-nin aşağı instansiya məhkəməsi cərimənin məbləğini 4,34 milyard avrodan hazırkı 4,1 milyard avroya endirmişdi.

Google isə bildirir ki, Android əməliyyat sistemi istifadəçilərə seçim azadlığı verir və Avropa üzrə tərtibatçıları və biznesləri dəstəkləyir.

Şirkət uzun illər ərzində Avropa Komissiyasının narahatlıqlarını aradan qaldırmağa çalışıb. Məsələn, Android istifadəçilərinə axtarış sistemləri və brauzerlər arasında seçim etmək imkanı yaradaraq onları şirkətin tətbiqlərinə bağlı vəziyyətdə saxlamamağa çalışdığını bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər