“Google” yaxın gələcəkdə “Android” və “Chrome OS” əməliyyat sistemlərini əvəz edəcəyi gözlənilən “Fuchsia” əməliyyat sisteminin işlənib hazırlanmasına başlayıb.
“The Next Web”ın verdiyi xəbərə görə, yeni əməliyyat sistemi “Magenta” bazasında çalışacaq.
“Android” və “Chrome OS” isə “Linux” əsasında işləyir. Yeni OC 32 və 64 meqabitlik prosessorlar, ARM və “x86” təməlində çalışan cihazları dəstəkləyir. Yeni əməliyyat sisteminə dair informasiya “Google” mühəndisləri tərəfindən proqram tərtibatçıları üçün nəzərdə tutulan populyar “GitHub” saytında yerləşdrilib. “OC Fuchsia”nın yaradıcılarından biri Brayan Svetland sistemin kənar proqram tərtibatçıları üçün tam açıq olacağını söyləyib.
Lent.az