Google şirkəti Windows əməliyyat sistemi üçün öz brauzerinin yenilənmiş versiyası olan Chrome 74-ü təqdim edib. Yenilənmiş brauzerin əsas özəlliyi isə ondan ibarətdir ki, o, Dark Theme rejimini dəstəkləyir.
Bu barədə The Verge saytına istinadən Gagadget saytı xəbər verib. Dark Theme rejimi qovluqlar, ayarlar menyusu və s. də daxil olmaqla brauzerin bütün interfeysini əhatə edir. Təəssüflər olsun ki, sözügedən rejim hələki hamı üçün aktiv deyil. Rejimin yaxın zamanda hamı üçün aktiv ediləcəyi bildirilib.
Əgər siz gözləmək istəmirsinizsə onda Dark Theme rejimini özünüz aktiv edə bilərsiniz. Bunun üçün siçanın sağ düyməsi vasitəsilə Chrome brauzerinin loqosunun üzərinə klik edirsiniz. Daha sonra Shortcut bölməsində Target adlı hissəni tapırıq və ordakı yazının sonuna “-force-dark-mode” yazısını əlavə edib brauzeri yenidən işə salırıq. Bu proseslərdən sonra Chrome brauzerindəki Dark Theme rejimi avtomatik olaraq işə düşməlidir.
©Technote