3 C
Baku
Saturday, December 14, 2024

“Google Chrome”un Azərbaycanda bazar payı artıb

2021-ci ilin aprelində Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı mart ayı ilə müqayisədə 0.06 faiz artıb.

Banker.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Məlumata əsasən,  “Chrome” brauzerinin bazarda payı 77.81 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı 0.32 faiz azalaraq 4.4 faizə bərabər olub.

Eyni zamanda, aprel ayında “Opera” brauzerinin internet bazarında payı 0.12 faiz azalaraq 3.91 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər