Hindistan təkcə “Google” üçün deyil, həm də onun rəqibləri olan “Facebook” və “Amazon” üçün əsas bazardır. Banker.az xəbər verir ki, hazırda ölkədə 500 milyon aktiv İnternet istifadəçisi var, onlardan 450 milyon şəbəkələrə smartfon vasitəsilə daxil olur.
“Google” şirkətinin rəhbəri Sundar Piçai, Hindistanda rəqəmsal iqtisadiyyatın inkişafına sərmayə qoyacaq 10 milyard dollarlıq “Google for India” fondunun yaradıldığını elan edib. Qeyd edildiyi kimi, proqram beş-yeddi il üçün nəzərdə tutulub.
Şirkət dörd sahəyə sərmayə qoyacaq: məlumatların yerli sakinlər üçün əlçatanlığı, Hindistanın unikal tələblərinə cavab verən əmtəə və xidmətlərin yaradılması, habelə təhsil, kənd təsərrüfatı və biznesdə süni zəkanın tətbiqi.