“Google”un sahibi “Alphabet Inc.” Şimali Amerikada olan bütün işçi heyətinə ofislərinə koronavirus səbəbindən getməməyi tapşırıb.
Banker.az Bloomberg-ə istinadən bildirir ki, əsas ofisi Kaliforniyada yerləşən texnologiya nəhəngi cari ilin aprel ayının 10-na qədər ofislərə getməməyi “tövsiyə edir”.
Şirkət artıq koronavirusun daha yüksək yayıldığı Sitıl ərazisində işçiləri evə göndərib. Bununla da virusa yoluxma riskini azaldaraq, heyətin sağlamlğına zərər gəlməyəciyini düşünürlər.