8 C
Baku
Thursday, December 12, 2024

“Google” məlumatları yoxlayan funksiya tətbiq etdi

“Google” korporasiyası bu gündən etibarən özünün axtarış və xəbər xidmətlərinə məlumatların yoxlanılması mexanizmi əlavə edir.

“The Verge” portalına istinadən xəbərə görə, “Google” informasiyaların səhihliyini yoxlayan xüsusi resurslara, məsələn, “PolitiFact” və “Snopes”a daxil olmaq üçün istinadlar qoyur və ekranda həmin informasiyanın doğru olub-olmadığı görünür.

“The Verge” saytı yeni funksiyanın necə çalışdığına dair “skrinşot” da qoyub. Axtarışa daxil edilən sorğuda yazılıb: “27 milyon insan kölədir”. Axtarış cümləsinin altında isə qeyd olunub: “PolitiFact tərəfindən faktoloji səhvlərlə bağlı yoxlanıb: praktik olaraq doğrudur”. Bundan sonra sorğudakı məlumatı təsdiqləyən yazıya istinad göstərilir.

Lakin sayt qeyd edir ki, “Google”un funksiyası istifadəçilərin diqqətini faktları yoxlayan təşkilatlara cəlb edəcək və yalan xəbərlərin yayılmasını əngəlləyə bilməyəcək.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər