6 C
Baku
Sunday, December 15, 2024

Google Maps Azərbaycan dili və daha 38 dilə tərcümə olunub

Google Maps xidmətində yeni lokallaşdırmaların yaranması xəbərini verib – indi xidmət 39 dildə təqdim olunur. Onların arasında Azərbaycan dili də var.

Bütün dünyada bu 38 dildə təxminən 1,25 milyard adam danışır. Məsələn, Afrika əhalisinin 8%-dən çoxu suahili dilindən istifadə edir, türk dili isə Avropa əhalisinin 9%-nin dilidir. Eyni zamanda, Google Maps-ın özündən1 milyarddan çox adam istifadə edir.

sdsaddsdsdddsdasd
Google Maps-da mövcud olan dillər

2004-cü ildə xidmət istifadəyə verildiyi zaman xəritələr yalnız ingilis dilində idi. Müqayisə üçün, bütün dünyada ümumilikdə 6909 “canlı” dil var, yəni dildən gündəlik ünsiyyət vasitəsi kimi istifadə edən ilkin daşıyıcıları hələ də qalır.

Maps xidmətinin yeni lokallaşdırmaları bütün iOS, Android, Mac, Windows platformalarında meydana çıxacaq. Dili proqram və ya web səhifənin “settings” hissəsindən dəyişmək olar. Qeyd etmək lazımdır ki, bu zaman akkauntun özünün də lokalizasiyası dəyişir.

 

Son xəbərlər
Digər xəbərlər