10 C
Baku
Friday, December 13, 2024

“Google” planşet və noutbuklar üçün öz prosessorunu istehsal edəcək

“Google” korporasiyası “Chrome” əməliyyat sistemi ilə işləyən “Chromebook” noutbuk və planşetləri üçün öz prosessorunu istehsal edəcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Verilən məlumata görə, internet nəhəngi istehsalı 2023-cü ildə işə salmağı planlaşdırır. Bu halda “Google” İngiltərənin “ARM” şirkətinin təcrübəsindən istifadə etməyi düşünür.

Həmsöhbətlərin sözlərinə görə, “Google” rəhbərliyi 2021-ci ilin oktyabr ayında satışa çıxarılacaq yeni “Pixel 6” smartfonuna böyük ümidlər bəsləyir. Şirkət pandemiya başlamazdan əvvəl istehsal gücünü 50% artırıb.

Avqustun əvvəlində “Google”un “Pixel” smartfonları üçün “Qualcomm” prosessorlarından imtina etdiyi və öz çipsetlərini inkişaf etdirmək niyyətində olduğu məlum olub. Bunun üçün İngiltərənin “ARM” şirkətinin arxitekturasından istifadə ediləcək. Onlar nisbətən daha az enerji xərcləyir və hər yerdə (smartfonlarda, planşetlərdə, noutbuklarda) istifadə olunur.

Xatırladaq ki, daha əvvəl “Google”un məlumatları iPhone-dan Android-ə sürətlə köçürmək üçün tətbiq yaradacağı xəbəri yayılıb. Verilən məlumata görə, iOS istifadəçiləri Wi-Fi bağlantısından istifadə edərək bütün məlumat və proqramları kopiyalaya biləcəklər. Mütəxəssislər qeyd edirlər ki, “Switch to Android” proqramı “App Store”da yaxın zamanda çıxacaq.

Son xəbərlər
Digər xəbərlər