Banker.az xəbər verir ki, Nomura Instinet analitiklərinin hesablamasına görə, Google şirkətinin gəliri 7,5%, yəni 750 milyon dollar enəcək.
Reklamverənlər ilə münaqişənin əsas səbəbi elanların nifrət və homofobiya yaradan videoçarxların yanında yerləşdirilməsi olub. Hazırda Britaniya rəhbərliyi, Marks & Spencer, BBC, HSBC və Lloyds bankları, L’Oreal, Audi və bir sıra digər nəhəng şirkətlər Google və YouTube ilə olan müqavilələrini dayandırıb. İndi reklam verən şəxslər öz elanlarının yerləşdirilməsinə daha böyük nəzarət tələb edirlər.
Google artıq reklamverənlərdən rəsmi şəkildə üzr istəyib və reklam yerləşdirilməsi texnologiyası və qaydalarını dəyişməyi vəd edib. Bu yeni qaydalar isə reklam sahiblərinə məzmunlarını idarə etmək imkanı və hüququnun genişləndirilməsini nəzərdə tutur.