24 C
Baku
Friday, April 26, 2024

“Google” şirkəti “Play Store”-un təhlükəsizlik siyasətində dəyişikliklər edib

“Google” şirkəti “Play Store” onlayn mağazasının təhlükəsizlik siyasətində dəyişikliklər edib. Nəticədə zərərverici “Android” proqramlarının tərtibatçıları öz məhsullarını sözügedən mağazada daha dərc edə bilməyəcəklər. Məsələn, “Google” şirkəti “Android API” üçün yeni məhdudiyyətlər tətbiq edib və indi hər bir proqram “Play Store”də dərc edilməzdən öncə məcburi surətdə mürəkkəb yoxlamadan və təhlükəsizlik testlərindən keçməlidir.

Digər təkmilləşdirmələrə proqramların avtomatlaşdırılmış vasitələr tərəfindən deyil, insanlar tərəfindən yoxlanılmasını göstərmək olar. Bundan başqa, tərtibatçılar artıq “Android”in xidmətlərindən sui-istifadə edə bilməyəcəklər, proqramlar üçün bəzi xidmətlərə (məsələn, zəng və SMS jurnallarına) giriş əldə edilməsində məhdudiyyətlər tətbiq edilib.

©İctnews

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər