2009-cu ildən başlayaraq Google şirkəti öz Android əməliyyat sisteminin versiyalarını əlifba sırası üzrə şirniyyatların adları ilə adlandırırdı: Cupcake, Jelly Bean, Marshmallow, Oreo, Pie və s. Lakin bu ildən başlayaraq hər şey dəyişəcək. Bundan sonra hər bir yeni Android versiyasının adının yanında hansısa bir söz olmayacaq. Bundan sonra hər bir yeni Android versiyası rəqəmlə adlandırılacaq.
Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Android Q-nün hansı ada sahib olacağını fikirləşmək lazım deyil. Bu sadəcə Android 10əməliyyat sistemi olacaq. Lakin şirkət niyə belə bir ddım atdı? Məsələ burasındadır ki, şirniyyatların adları heç də hamıya anlaşıqlı gəlmir.
“Bəzi dillərdə L və R hərfləri fərləqnirlər. Buna görə də istifadəçilər Android Lollipop-dan danışanda başa düşmürdülər ki, söhbət, KitKat-dan sonrakı versiyadan gedir. Adların sıralanması ilə yaxından tanış olmayan yeni Android istifadəçiləri bunu daha çətin başa düşürlər. Bundan əlavə olaraq biz başa düşürük ki, Pie bəzi ölkələrdə heç də şirniyyat deyil. Marshmallow isə bir çox ölkələrdə məşhur deyil” – deyə Android məhsulları üzrə idarəetmə şöbəsinnin vitse-prezidenti bildirib.
Bundan əlavə olaraq şirkət Android-in rebrendinqini də keçirtdi. O məşhur yaşıl rəngli robot heç yerə itmədi. Lakin bundan sonra onun sadəcə baş hissəsi əks olunacaq. Bununla yanaşı əməliyyat sistemnin adındakı şriftlər də bir qədər dəyişilib. Həmçinin yazının özü bundan sonra yaşıl rəngdə deyil qara rəngdə olacaq.
©technote.az