17 C
Baku
Friday, April 19, 2024

Google: şirkətin 18-ci ad gününə özəl ən maraqlı faktları

Dünyaca məşhur IT nəhəngi olan Google şirkəti bu gün 18 yaşını qeyd edir. The Independent nəşri şirkətin ad gününə özəl onun haqqında maraqlı faktlar nəşr etdi.

Əslində heç kəs Google şirkətinin ad gününün dəqiq olaraq hansı tarixdə olduğunu bilmir:

Şirkətin yaradılmasının dəqiq tarixi yoxdur. Axtarış sisteminin yaradılma günü kimi hesab edə biləcəyimiz 6 tarix var. Lakin bir qayda olaraq ad gününü qeyd etməyə məhz 27 sentyabr tarixindən başlayırlar.

Google şirkəti təsəvvür etdiyinizdən daha çox şirkətləri əldə edir:

Bəzi qiymətləndirmələrə görə, Google şirkəti texnologiya bazarında analitiklərin hesab etdiyindən daha böyük yol oynayır. Şirkətin demək olar ki, 1 həftə ərzində 1 yeni startap və yaxud layihə əldə edir. Şirkətin istiqamətinin əksəriyyəti daha sonra dəyişdirilsə də, layihələrdən effektiv şəkildə istifadə olunur.

Google-un ilk serveri Lego-dan qurulmuşdu:

Google hazırda istənilən xərcləri qarşılamaq iqtidarında olsa da, yeni fəaliyyətə başladığı zaman onun yaradıcıları qənaət etməyə məcbur idilər. Nəticədə şirkətin ilk serveri Lego konstruksiyalarından qurulmuşdu.

Google dünyasını dəyişmiş əməkdaşlarının ailələrinə pul ödəyir:

Google şirkətinin personalından kimsə dünyasını dəyişdikdə şirkət onun ailəsinə işçinin əmək haqqısının 50%-ni ödəyir və övladları yetkinlik yaşına çatana qədər onların qayğısına qalır.

Google-un hətta ən qısa müddətli “sönməsi” dünya trafikinin 40%-nə başa gəlir:

Bir dəfə Google 5 dəqiqəlik offline olmuşdu ki, bu da dünya trafikinin 40%-nin enməsinə gətirib çıxardı. Bu şirkətin dünya bazarındakı lider pozisiyasına şübhə etmək mənasızdır.

Google ofisində keçilər və itlər var:

Şirkətdə mövcud olan keçilər qazonun (ot örtüyü) təmizlənməsi, itlər isə insanların əhvalını yüksəltmək üçün nəzərdə tutulub.

Google-un start səhifəsi uzun illər boyunca dəyişməz qalıb:

Daha dəqiq desək 2001-ci ildən. Ümumi dizaynda isə bir neçə dəyişiklik edilib. Şirkətin işində çox az dəyişikliklər baş verir.

Son xəbərlər
Digər xəbərlər