Vitse prezident Laslo Bok Google-un əməkdaşlarda üstünlük verdiyi xüsusiyyətlərdən danışıb.
Belə bir şayiə yayılıb ki, Google hətta ən bəsit, səriştəsiz işə belə Harvard və Stenford universitetlərinin məzunlarını qəbul edir. Çünki Google şirkətinin böyük seçimləri var. Lakin həqiqətdə Google-un HR sahəsi üzrə vitse prezidenti Laslo Bok deyir ki, şirkət üçün diplomun bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, bəzi bölmələrdə təhsilsiz işçilərin sayı 14%-ə çatır. Bu yaxınlarda Bok New York Times-in müxbirinə müsahibədə Google şirkətinin insanlarda qiymətləndirdiyi xüsusiyyətlər haqqında danışmışdı.
1. Ümumi idrak qabiliyyətləri – bu IQ deyil. Bu qabiliyyət hər şeyi qısa bir zamanda öyrənmək, bütün bilgiləri havada tutmaq, müxtəlif hissə hissə olan məlumatları bir yerə toplamaq bacarığından ibarətdir.
2. Liderlik, lakin ənənəvi liderlik yox, lazimi anda yaranan lidelik bacarığı. “Ənənəvi liderlik – bu o deməkdir ki, sizin şahmat klubunun prezidenti olmusunuz, və yaxud satışlar üzrə vitse prezident olmusunuz, siz bu vəzifəyə necə nail olmusunuz? – deyə Bok başa salır. Bizim üçün heç bir fərqi yoxdur. Bizim üçün liderlik – problemlə üzləşəndə sizin komandanın bir üzvü kimi lazimi anda qabağa çıxmağınız və insanları öz ardınızca aparmağınız deməkdir”. Yadda saxlayın ki, yaxşı lider lazimi anda geri çəkilməyi də bacarır.
3. İntellektual mütəvazilik. Bu xüsusiyyətsiz əməkdaş yeni nəisə öyrənə bilməz. «Bizim işə götürmək istədiyimiz işçilərin şiddətli, kəskin mövqeləri ola bilər, onlar mübahisə etməyi sevə bilərlər», – deyə Bok etiraf edir. Lakin faktlarla qarşılaşdıqda bu insanlar geri çəkilməyi və hər şeyin başqa cür olduğunu qəbul etməyi bacarırlar. Biznes məktəblərin bir çox məzunları bu bacarığa sahib deyirlər. Onlar öz məğlubiyyətlərini ətrafdakıların boynuna atır, qalibiyyətlərini isə öz nailiyyətləri olduqlarını hesab edirlər.
4. Məsuliyyətlilik. Bu xüsusiyyət komandanın problemlərinə öz problemləriniz kimi yanaşmaq bacarığından ibarətdir.
5. Təcrübə. Bu qeyd etdiyim xüsusiyyətlərdən ən vacib xüsusiyyətdir. Əgər siz hər hansısa bir sahədə məşhur mütəxəssisi işə dəvət etsəniz, o, sizə dəfələrlə təkrar edəcək: «Mən öz təcrübəmdə bu hadisə ilə dəfələrlə qarşılaşmışam. Burada bax belə hərəkət etmək lazımdır. İstedadlı, maraqlı, oxumağa və öz üzərində işləməyə, liderliyə hazır olan, lakin təcrübəyə sahib olmayan insan da təcrübəli insanın yol göstərdiyi qərarı qəbul edə bilər». Bəzən təcrübəsiz insan səhv edəcək, lakin bəzən də, əksinə, tamamilə yeni bir üsullar icad edəcək. Və bu təcrübədən dəfələrlə vacibdir.
Şirkətin vitse prezidenti demək istəyir ki, Google əvvəllər universitetlərin ən yaxşı məzunlarını işə götürürdüsə, bugünkü gündə bu mövqeyə riayət etmirlər. Hal- hazırda Google sadəcə olaraq ən yaxşı işçiləri işə götürür.