Amerikanın “Google” və “Amazon” şirkətləri Hindistana müvafiq olaraq 10 milyard və 15 milyard dollar sərmayə qoymağa hazır olduqlarını açıqlayıblar. Bu barədə şənbə günü “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.
“Mən baş nazir Modinin ABŞ-a tarixi səfəri zamanı görüşməkdən şərəf duydum. Baş nazirə dedik ki, “Google” Hindistanın rəqəmsallaşdırma fonduna 10 milyard dollar sərmayə qoyur”, – “Google”un CEO-su Sundar Piçai söyləyib.
Öz növbəsində “Amazon” Hindistana əlavə 15 milyard dollar sərmayə qoymağı planlaşdırır.






