19 C
Baku
Thursday, May 2, 2024

“Google” yeni “Сhromebook Plus” noutbukunu təqdim edib

“Google” və onun tərəfdaşları “Acer”, “HP”, “Lenovo” və “ASUS” yeni noutbuk təqdim ediblər. Model “Chromebook Plus” adını alıb.  Məlumata görə, bu cihazların ilk səkkizi oktyabrın 8-də 399 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

“Chromebook”ların əvvəlki versiyalarından fərqli olaraq, “Chromebook Plus” 12-ci nəsil Intel Core i3 prosessorunu alacaq. Eyni zamanda, noutbuk Full HD dəstəkləyən IPS displeylə təchiz ediləcək.

Cihazları ilə yanaşı, “Google” əməliyyat sistemini də yeniləyib. Ən vacib əlavələrdən biri “Chromebook Plus”da fayl sinxronizasiyasıdır. Yeni “Chromebook”lar daha böyük yaddaş tutumuna malik olduğundan, indi “Google Workspace” fayllarını cihazda saxlamaq və avtomatik olaraq “Google Disk” ilə sinxronizasiya etmək mümkündür.

“Google” gələn il bütün “Chromebook Plus” modellərinə süni intellektlə işləyən funksiyalar əlavə etməyi planlaşdırır. Süni intellekt funksiyaları arasında sadə mətn göstərişlərindən istifadə edərək videozənglər üçün fon yaratmaq imkanı da var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər