24 iyun 2020-ci il tarixindən etibarən “Google” xidmətlərinin bir hissəsində istifadəçilərin brauzerdə axtariş tarixi, geolokasiya və digər bu kimi şəxsi məlumatları 18 ay sonra avtomatik olaraq silinəcək.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Şirkətin rəhbəri Sundar Piçai qeyd edir ki, yeni istifadəçilərdə bu funksiya qeydiyyatdan keçdikdən sonra avtomatik olaraq aktivləşəcək. Köhnə istifadəçilər üçün heç nə dəyişməyəcəkdir.
Qeyd edək ki, ayarlarda məlumatların saxlanma müddətini seçmək mümkündür: üç ay və ya 18 ay.
Bu yenilik Gmail, Google Disk və Google Photo servislərində tətbiq edilməyəcək, çünki onlar şəkil və sənədlərin müddətsiz istifadə ediləcəyini nəzərdə tuturlar.
Xatırladaq ki, YouTube platformasında da şəxsi məlumatların avtomatik silinməsi funksiyası var. Belə ki, artıq yeni istifadəçilərin şəxsi məlumatları hər 36 aydan bir silinəcək.
“Google” istifadəçinin şəxsi məlumatları əsasında hələ də öz tövsiyələrini verə bilər, lakin onları uzun illər ərzində saxlaya bilməyəcək, CNBC qeyd edir.