8 C
Baku
Thursday, March 28, 2024

“Google” yeni Pixel 4 smartfonunu təqdim edib – Qiyməti 799$

“Google” şirkəti yeni Pixel 4 smartfonunu təqdim edib, təqdimatın videosu “Google” un rəsmi YouTube kanalında yerləşdirilib.

Banker.az xəbər verir ki, Smartfon əsas üstünlüklərindən biri qaranlıqda yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verən təkmilləşdirilmiş kameradır.

Eyni zamanda smartfonda “Project Soli” adlı mini-radar yerləşdirilib, hansıki istifadəçiyə smartfonu jestlərlə idarə etməyə imkan verir. Şirkətin verdiyi məlumata görə, smartfon təkmilləşmiş üz tanıma texnologiyasına malikdir. Qeyd edək ki, bu dəfə istehsalçılar barmaq izi sensoru funksiyasından imtina ediblər.

Pixel 4 modeli satışa üç rəngdə (qara, ağ və narıncı), ABŞ-da oktyabrın 24-də buraxılacaq. Smartfonun qiyməti 799 dollar təşkil edəcək.

 

Son xəbərlər
Digər xəbərlər