-3 C
Baku
Sunday, December 15, 2024

Googleda bu saytlar axtarış nəticələrində önə çıxacaqlar

Google axtarış sistemi yaxın zamanda axtarış nəticələrində səhifələrin seçimi alqoritmində dəyişikliklər edəcək. Belə ki, bundan sonra axtarış nəticələrində çıxacaq səhifələrin linklərinə təkcə açar sözlər deyil həmçinin saytın rahatlığı da təsir göstərəcək. Saytın rahatlığı isə istifadəçilərin daxil olduqları müxtəlif veb resursların istifadəçi təcrübəsinə əsaslanacaq.

Bu barədə XDA-Developers saytı xəbər verib.

Google şirkətinin təmsilçiləri qeyd ediblər ki, onlar axtarış sorğusunda ortaya çıxan resursların mövqelərinə təsir faktoru kimi saytların rahatlıqlarını da nəzərə alacaqlar. Şirkət əsasən səhifənin yüklənmə sürətini, interaktivliyini, səhifə daxilindəki kontentin stabilliyini, saytın mobil versiyasının dəstəyinin olub-olmamasını, HTTPS-i, saytda olan reklam saylarını və sayt daxilindəki kontentə baxışın təhlükəsizliyini qiymətləndirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər