10 C
Baku
Friday, December 13, 2024

Goranboyda ödəniş terminalını oğurladılar

Goranboyda ərzaq mağazasını yaran dəstə tutulub.
Goranboyda ərzaq mağazasını yararaq oradan ödəniş terminalını oğurlayan dəstə zərərsizləşdirilib. Polis dəstənin 3 üzvünü elə rayon ərazisində, 2 nəfəri isə Bakı şəhərində saxlayıb.

Oktyabrın 24-ü səhər saat 6 radələrində 5 nəfərdən ibarət dəstə rayonun Qızılhacılı qəsəbəsində yerləşən ərzaq mağazalarından birində ödəniş terminalını oğurlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədənlər – Vaqif Hüseynov, Elşən Qurbanov, İlkin Şıxıyev, Sadıq Sadıqov və Elçin adlı şəxs saxlanılıb.
Müstəntiq Səbuhi Məhərrəmov deyib: “Naməlum şəxs və şəxslər Qızılhacılı qəsəbəsində yerləşən dükana qanunsuz daxil olaraq mağazada olan “MilliÖn” ödəmə terminalını içindəki 3036 manat pulla birlikdə gizli olaraq talayıblar”.
Araşdırma zamanı məlum olub ki, onlar ödəmə terminalını tamah məqsədilə oğrulayaraq kustar üsulla açıb və içərisindəki pulu öz aralarında bölüblər. Hadisəni törədən şəxslərin 3-ü əvvələr məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Goranboy rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis qrupun digər cinayətlərdə iştirakını da araşdırır. Region tv
Son xəbərlər
Digər xəbərlər