9 C
Baku
Friday, December 27, 2024

Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdiri həbs edilib

Əvvəllər də məhkumluq həyatı yaşamış Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdiri Səməd Cəbrayılov yenidən həbs edilib.

Göyçay Gənclər Evinin də sədri olmuş Cəbrayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 6 il azadlıqdan məhrum edib.

Qeyd edək ki, hökm bir müddət öncə çıxarılıb. Lakin S.Cəbrayılov apellyasiya şikayəti üçün gecikdiyindən müddətin bərpasına görə yenidən məhkəməyə müraciət edib.

Xatırladaq ki, S.Cəbrayılovun adı əvvəllər dələduzluq və oğurluqda hallanıb. 2019-cu ildə Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun ortağına məxsus təsərrüfatdan oğurluq edən S.Cəbrayılov həbs edilib. Sonradan azadlığa çıxan Səməd Cəbrayılov növbəti dəfə bıçaqlanma hadisəsi ilə gündəmə gəlib. Belə ki,  2020-ci ildə o, yaşadığı evin qarşısında bıçaqlanıb. Təcili xəstəxanaya çatdırılan Cəbrayılovun həyatı xilas edilib.

Rayonda sürdüyü bahalı maşınlarla hər zaman diqqətdə olan Səməd Cəbrayılov barəsində tez-tez sosial şəbəkələrdə məlumatlar yayılıb. Mətbuatda onun Göyçayda, Qəbələdə və Bakıda villalara, bahalı avtomobil və obyektlərə sahib olması ilə əlaqədar fotolar, məqalələr yer alıb.

İddiaya görə, Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğludur, lakin soyadlar fərqlidir.

Lakin Daxili İşlər Nazirliyi oğurluğa görə həbs edilən Cəbrayılovun icra başçısı ilə qohum olmadığını açıqlayıb. Bildirilib ki, o RİH-də şöbə müdiri olarkən özünü icra başçısının qohumu kimi təqdim edərək dələduzluq edib. M.Səlimzadə tərəfindən işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə S.Cəbrayılov vəzifədən azad olunub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər