15 C
Baku
Thursday, March 28, 2024

Göyçayda qanunsuz ət satılan yerlər aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Göyçay rayonunda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi məntəqələr aşkar edilib. Belə ki, baytarlıq nəzarəti olmadan heyvan kəsiminin həyata keçirildiyi və ət məhsullarının satışa çıxarıldığı məlum olub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Agentlik əməkdaşları tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Son xəbərlər
Digər xəbərlər