-1 C
Baku
Sunday, December 15, 2024

Göygöldə torpaqların idarəedilməsi sahəsində qarşıya çıxan məsələlərin müzakirəsi aparılıb

Noyabrın 30-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və tabeliyindəki  qurumların nümayəndələri ilə Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli bələdiyyə sədrləri arasında görüş keçirilib.

Tədbirdə dövlət və bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər və onların həlli istiqamətində əməkdaşlığın genişləndirilməsi, bu sahədə fəaliyyətinin gücləndirilməsi məsələlərinə toxunulub. Bununla yanaşı, bələdiyyə torpaqlarının daşınmaz əmlakın dövlət reyestrində  qeydiyyatı, torpaq sahələrinin ayrılmasına dair rəyin verilməsi, icarəyə verilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatına uyğun istifadə edilməməsi hallarının aradan qaldırılması tədbirləri, mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildiririk ki, dekabrın 1-də Gəncə şəhərində torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi  keçiriləcək. Zona müşavirəsindən öncə təşkil olunan bu cür görüşlərin məqsədi yerli bələdiyyələrin mövcud sahədə olan problemlərini dinləmək, araşdırmaq, mümkün həllini təmin etmək və müvafiq izahatlar verməkdir.

Son xəbərlər
Digər xəbərlər