22 C
Baku
Friday, April 26, 2024

Gözləntilərin əksi. Əcnəbilərin Azərbaycanda bank kart əməliyyatları ilə həcmi azalıb

Gələnlərin sayı çoxalıb, əməliyyatların həcmi azalıb

Gözləntilərin əksi olaraq Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardığı əməliyyatların həcmi azalıb.

Banker.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunan icmalına əsasən, ölkədə sentyabr ayı üzrə 106,2 mln. manatlıq, cari ilin 9 ayı üzrə isə 969 mln. manatlıq əməliyyatlar həyata keçib.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,4 milyon və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 20,8 faiz artıb.

Sayın artımına rəğmən bank kartları ilə əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalıb.

11

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər