17 C
Baku
Saturday, May 18, 2024

Gözlər qəlbin aynasıdır

İnsanın gözlərinin rəngi ona valideynlərindən miras qalır. Əsas rəng variantlarına da o qədər də çox rast gəlinmir, müxtəlif çalarların sayı isə daha çoxdur. Planetin sakinlərinin əksəriyyətin gözləri  qəhvəyi rəngdədir. Ən nadir göz rəngləri isə yaşıldır. Əgər statistikaya inansaq, Yer kürəsinin əhalisinin cəmi 2%-i yaşıl gözlərə sahibdir. Gözlərin rəngi orqanizmdəki melaninin miqdarı ilə müəyyən olunur, yaşıl gözlü insanlarda melanin miqdarı azdır, qəhvəyi gözlərdə isə o daha çoxdur. 

Yaşıl gözlü insanların sayının az olması həm də orta əsrlər inkvizisiyasının əməllərinin nəticəsidir. O zamanlarda, yaşıl gözlü və kürən saçlı qızları ifritə və cadugər adlandırır və odda yandırırdılar. Yaşıl göz rəngi və onun müxtəlif çalarları bozumtul yaşıldan –zümrüd rənginə qədər  şərqi və qərbi slavyan xalqları arasında, xüsusən də şotlandlar və almanlar arasında yayılıb. Amma təkcə orda deyil. Məsələn çox da böyük olmayan, ada respublikası İslandiyanın əhalisinin demək olar ki, 80%- yaşıl və göy gözlüdür. Türkiyədə isə yaşıl göz sahibləri əhalinin 20%-ni təşkil edir. Cənubi Amerika, Asiya və Orta Şərqdə isə yaşıl göz rənginə demək olar ki, rast gəlinmir.

greenaye

Yaşıl rəng sarı və göy rənglərin qarışması nəticəsində yaranır. Göz qişasının xarici təbəqəsində açıq-qəhvəyi və ya sarı maddə yerləşir, arxa təbəqənin isə rəngi bir qayda olaraq göy olur. Bunun nəticəsində də gözüm rəngi yaşıl alınır. Göz qişasında təbəqələrin yerləşmə intensivliyi və rəng çalarları müxtəlif olduğundan insanların gözlərinin rəngi bir-birindən fərqlənir.

Göygöz insanlar digərlərinə nisbətən ağrıya qarşı daha həssas olurlar. Bu, göygöz insanların sinir sonluqlarının quruluşu ilə bağlıdır – onlar daha şaxəli struktura malikdirlər və dəriyə daha yaxın yerləşirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər