“Grace Period” – dilimizə tərcümə etdikdə güzəşt mənası anlamını verir. Bu bankların kredit kart məhsullarında tətbiq etdiyi bir opsiyadır.  Opsiya kartdan istifadə edilən vəsaitlərin bank tərəfindən öncədən müəyyən edilmiş period intervalında faizsiz olaraq geri qaytarılmasını təmin edir. Beynəlxalq təcrübələrə nəzər saldıqda bu opsiyanın əksər qabaqcıl banklar tərəfindən tətbiq edildiyini müşahidə edirik. “Grace Period” ilk öncə nağdsız ödənişlərin üstünlük təşkil etdiyi inkşaf etmiş ölkələrdə tətbiq edilməyə başlamışdır.

Bəs bizim Banklarımızdan hansıları öz kart məhsullarına bu opsiyanı təklif edib?

Bankların şərtlərinə nəzər saldıqda müşahidə edə bilərik ki, bu opsiya əsasən gəliri yüksək olan təbəqə üçün nəzərdə tutulmuş kart məhsullarında var. Əsasən nağdsız ödənişlərə tətbiq edilən bu opsiya, az sayda bank tərəfindən həm nağd həm də nağdsız ödənişlərə tətbiq edilir. Xüsusilə bir məqamı vurğulamaq istərdik ki, “grace period” müddəti olaraq öncədən bir interval təyin edilir və əmliyyat tarixindən asılı olmayaraq grace period tətbiq edilməsi üçün bu müddət intervalında ödəniş tələb edilir. Adətən ödənişlər növbəti ayın ilk 10 və ya 15 günündə tələb edilir. Yəni hansısa bir bank, Sizə “45 günədək” güzəşt müddəti təklif edirsə, bu bütün hallarda 45 gün deyil, ən yaxşı halda 45 gündür. Aşağıdakı cədvəldə “grace period” opsiyası olan kartlar və onlar haqqında detallı şərtlər əks olunmuşdur:

Bank Kredit kartı Kartın imkanları Hansı növ əməliyyatlara “grace period” tətbiq edilir. “Grace period” maksimum müddəti
Taksit Nağd Maksimum nə qədərdir? Ətraflı
Bank of Baku Bolkart Ailə

Bolkart Gənc

Bolkart Gold

Bolkart Diamond

Var Limitin 25%-i Yalnız nağdsız əməliyyatlara Bolkart Ailə və  Bolkart Gənc

40 günədək

Bolkart Gold və Bolkart Diamond 45 günədək

Bolkart Ailə və  Bolkart Gənc

Istifadə edildiyi tarixdən növbəti ayın 10-u/20-si/ayın sonunadək.

Bolkart Gold və Bolkart Diamond Istifadə edildiyi tarixdən növbəti ayın 15-i /ayın sonunadək.

Unibank Albalı Plus Gold Var Limitin

100 %-i

Həm nağd, həm nağdsız əməliyyatlara 40 günədək Istifadə edildiyi tarixdən asılı olmayaraq növbəti ayın 10-dək
Bank Respublika Kredit xətti Yoxdur Limitin

100 %-i

Yalnız nağdsız əməliyyatlara 45 günədək Istifadə edildiyi tarixdən asılı olmayaraq növbəti ayın 15-dək
Kapital Bank Birkart Var Limitin

100 %-i

Yalnız nağdsız əməliyyatlara 40 günədək Istifadə edildiyi tarixdən asılı olmayaraq növbəti ayın 10-dək
Yapıkredi

Bank

Worldcard Var Classic – 50%

Gold – 60%

Platinium – 100%

Yalnız nağdsız əməliyyatlara 40 günədək Istifadə edildiyi tarixdən asılı olmayaraq növbəti ayın 10-dək
ExpressBank Expresso Yoxdur Limitin

100 %-i

Həm nağd, həm nağdsız əməliyyatlara 35 günədək Istifadə edildiyi tarixdən asılı olmayaraq növbəti ayın 5-dək
Nikoil Bank Kredit kartı Yoxdur Limitin

100 %-i

Həm nağd, həm nağdsız əməliyyatlara 35 günədək Istifadə edildiyi tarixdən asılı olmayaraq növbəti ayın 5-dək
Rabitəbank Kredit kartı Yoxdur Limitin

100 %-i

Həm nağd, həm nağdsız əməliyyatlara Bütün hallarda 30 gün İstifadə tarixindən etibarən ilk 30 gün ərzində faiz hesablanmır.

Cədvələ əsasən etdiyimiz təhlilə əsasən Sizə maraqlı ola biləcək aşağıdakı müqayisələri diqqətinizə çatdırmaq istərdik:

Ən uzun müddətə grace period imkanı verən kartlar – Bolkart Gold, Bolkart Diamond və Bank Respublikanın kredit kartıdır. Hər 3 kartda maksimal güzəşt müddəti 45 gün təşkil edir. Rabitəbankın şərtini də məqbul hesab etmək olar. Belə ki, bank öz məhsulunda bütün hallarda 30 günədək güzəşt müddəti verir.

Həm nağd, həm də nağdsız əməliyyatlar üzrə grace period imkanı olan kartlar – Albalı Plus Gold, Expresso, Rabitəbankın kredit kartı və Nikoil Bankın kredit kartı.

Taksit imkanı olan kartlar – Bolkart (bütün növləri), Albalı Plus Gold, Birkart və Worldcard.

Ödəniş imkanları ilə bağlı seçim – Bu bənd üzrə Bolkartı xüsusilə qeyd etmək istərdik. Bankdan aldığımız məlumata əsasən kart üzrə ödəniş intervalı müştərinin istəyinə əsasən təyin edilir. Belə ki,

Bolkart Ailə və Bolkart Gənc kartı üzrə müştəriyə 3 interval seçimi verilir: ayın 1-dən 10-a kimi, ayın 11-dan 20-nə kimi, ayın 21-dən ayın sonuna kimi.

Bolkart Gold və Bolkart Diamond kartı üzrə müştəriyə 2 interval seçimi verilir: ayın 1-dən 15-a kimi, ayın 16-dan ayın sonuna kimi.