“Group Motors” şirkəti zərərə düşdü

“Group Motors” MMC 2025-ci ili 238 min manat zərərlə başa vurub.

Banker.az bu barədə 2025-ci il üzrə maliyyə vəziyyəti və konsolidə edilmiş mənfəət-zərər hesabatına istinadən xəbər verir.

“Group Motors” MMC hesabat dövründə 107 milyon 70 min manatlıq cəmi satış reallaşdırıb. Bu gəlirlərin əsas payı 92 milyon 638 min manatla avtomobil satışının, 10 milyon 146 min manatı ehtiyat hissələrinin satışının,3 milyon 928 min manatı isə xidmət satışının payına düşüb. Satışın maya dəyəri 96 milyon 174 min manat olub və nəticədə 10 milyon 896 min manat ümumi mənfəət formalaşıb.

Yüksək satış həcminə baxmayaraq, şirkətin cəmi fəaliyyət xərcləri 10 milyon 158 min manat (bunun 2 milyon 780 manatı əməkhaqqı, 2 milyon 508 min manatı isə digər xərclərdir) təşkil edib.

Xatırladaq ki, 2006-cı ildən fəaliyyət göstərən Group Motors, Azərbaycanın avtomobil sənayesində əsas şirkətlərdən biridir. Şirkət Toyota, BYD, Honda Mazda, Mitsubishi, Ford, və Subaru avtomobillərini Azərbaycan bazarında təqdim edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər