6 C
Baku
Monday, December 16, 2024

Güclü təzyiq altında olan dollar ucuzlaşır

Bugünkü ticarət sessiyasında dolların indeksi 0,3% zəifləyərək 100,26 bənd səviyyəsinə çatıb. Ötən həftənin cümə axşamı dolların indeksi 99,793 bənd səviyyəsinə, yəni 7 həftəlik minimuma enib. Cümə günü isə indeks həftəlik maksimumadək artaraq 100,82 bənd təşkil edib.

Avro 0,3% bahalaşaraq 1,0728 dollar səviyyəsinə çatıb. Beləliklə, Avrozonanın vahid valyutası artımı davam etdirib.

Dollar Yaponiya yeninə qarşı 0,6% zəifləyərək 114,41 yenə çatıb.

Funt sterlinq də dollara nisbətən bahalaşır – adıçəkilən valyutanın məzənnəsi 0,2% möhkəmlənərək 1,2575 dollar səviyyəsinə yüksəlib.

Dolları bir neçə amil ucuzlaşdırır. Cümə günü dərc olunan statistikaya əsasən, 2016-cı ilin IV rübündə ABŞ-da ÜDM 1,9% artıb. Halbuki analitiklər artımın 2,2% olacağını proqnozlaşdırıb.

Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın proteksionist və immiqrasiya siyasəti dollara təzyiq göstərən digər amildir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər