10 C
Baku
Thursday, December 12, 2024

“Gulfstream” $75 mln-a biznes-cet təqdim etdi – təyyarədə duş və spa var

Rolls Royce Pearl 700 mühərriki sayəsində təyyarənin sürəti rekord həddə – 1313 km/saat çatacaq.

Banker.az xəbər verir ki, Amerikanın “Gulfstream” korporasiyası, dünyanın ən bahalı biznes-cetini təqdim edib. Forbes-un verdiyi məlumata görə, bu təyyarənin qiyməti 75 milyon dollar təşkil edəcək.

Xatırladaq ki, daha əvvəl biznes-cetlər arasında Gulfstream G650 təyyarəsi liderlik edirdi (73 milyon dollar), lakin 2019-cu ildə birinci yeri Bombardier Global 7500 tutdu.

G700 təyyarə modelinin uzunluğu Gulfstream G650-dən 0,3 metr, Bombardier Global 7500 modelindən isə 33,5 metr böyükdür.

Yeni biznes-cetdə spa, yataq otağı, duş və altı nəfərin yerləşə biləcəyi yeməkxana var.

Budan əlavə, G700 modelində kabin hündürlüyü daha aşağı olacaq. Qeyd edək ki, daha əvvəl kabin hündürlüyünün yüksək olması uçuş zamanı təzyiq arasındakı fərqlə əlaqədar sərnişinlərin narahatlığına səbəb olurdu.

Təyyarə tədarükü 2022-ci ildə başlayacaq. “Qatar Airways” şirkəti “Qatar Executive” xidməti üçün bu təyyarələrin artıq on dənəsini sifariş edib. “Flexjet” də təyyarələr almaq niyyətindədir, amma sifarişin təfərrüatları hələki açıqlanmayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər