8 C
Baku
Tuesday, January 13, 2026

Gümüş bazar kapitallaşmasına görə NVIDIA-nı ötüb

“Companiesmarketcap” portalının məlumatlarına görə, gümüşün bazar kapitallaşması 4,76 trilyon dollaradək yüksələrək ABŞ-nin “Nvidia” şirkətinin göstəricisini üstələyib. Bununla da gümüş kapitallaşmaya görə dünyada ikinci ən böyük aktivə çevrilib.

Birinci yerdə 32,1 trilyon dollar dəyərində qiymətləndirilən qızıl qalır. Üçüncü pilləni “Nvidia” (4,499 trilyon dollar) tutur. Sonrakı yerlərdə “Google”un sahibi olan “Alphabet” (3,973 trilyon dollar) və “Apple” (3,832 trilyon dollar) qərarlaşıb.

Gümüşün kapitallaşması metalın cari qiyməti və hasilat həcmi — təxminən 1,75 milyon ton — əsasında hesablanır. Bununla belə, “Companiesmarketcap” qeyd edir ki, qiymətləndirmələr təxmini xarakter daşıyır, çünki gümüşün əhəmiyyətli hissəsi sənaye istifadəsi prosesində itirilib və ya məhv edilib.

Bakı vaxtı ilə saat 10:22-yə olan məlumata görə, Nyu-Yorkdakı “Comex” birjasında fevral ayı üçün tədarük nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4612,7 dollara çataraq tarixi maksimumu yeniləyib. Mart ayı üçün gümüş fyuçersləri də rekord müəyyən edərək bir unsiya üçün 84,5 dolları ötüb.

Son xəbərlər
Digər xəbərlər