14 C
Baku
Saturday, April 27, 2024

Gümüşdən olan zinət əşyasını saxtadan necə fərqləndirmək olar?

Gümüşdən olan zinət əşyalarına hər zaman yüksək tələbat olub. Bu qiymətli metal çox gözəldir və bir çox daşlarla yaxşı gedir. Lakin bazarda saxta məhsullara da rast gəlmək mümkündür. Suroqatlar ya ərinti olurlar (bu ərintidə gümüşün miqdarı çox az olur), və yaxud sadəcə olaraq üstləri çox nazik gümüş qatı ilə örtülüb.

Biz sizə əsl zinət əşyasını saxtadan necə ayırmaq üsullarını təqdim edəcəyik.

Gümüşü suroqatlardan ayırmağın bütün üsulları argentum adlanan maddənin fiziki və kimyəvi xüsusiyyətlərinə əsaslanır. Beləliklə, gümüşü fərqləndirən ilk cəhət onun istilikkeçirmə xüsusiyyətidir. Yəni ki, bu metal tez isinir və tez soyuyur. Ev şəratində zinət əşyasının istilik keçirməsini yoxlamaq çox asandır. Bir anlığına əşyanı qaynar suya salın. Gümüşdən olan zinət əşyası dərhal isinəcək, surroqat isə sadəcə olaraq bir az ilıq olacaq.

İkinci üsul həmçinin fizika ilə əlaqəlidir. Bunun üçün sizə bəzək əşyası və adi tikiş iynəsi lazım olacaq. Yüngülvari iynənin ucu ilə zinət əşyanın üst qatını cızın və nəticəyə baxın. Əsl gümüş bu müdaxiləyə heç cür reaksiya verməyəcək.

Fizikadan kimyaya keçək. Gümüşü digər maddələrlə əlaqəyə salaraq onu sınaqdan keçirdirik. Bunun üçün sizə karandaş lazım olacaq. Gümüşün üzərindən karandaşla xətt keçirin. Əgər metal qaralsa, deməli bu surroqatdır. Əsl gümüş bu cür müdaxiləyə heç cür reaksiya vermir.

Əgər sizin əlinizin altında karandaş yoxdursa siz adi təbaşirdən də istifadə edə bilərsiniz.
Təbaşiri öz zinət əşyanıza sürtün və əhəng daşına baxın. Əgər təbaşir qaralıbsa, deməli sizin zinət əşyanız əsl gümüşdən düzəldilib. Yox, əgər, təbaşir öz rəngini dəyişməyibsə, deməli sizin bəzək əşyanız surroqatdır.

Digər bir üsul isə bəzək əşyasını adi kükürd mazı ilə sürtməkdir. Bu vasitə bütün apteklərdə satılır və çox ucuzdur. Maz alın, onu metalın üzərinə sürtün və bir neçə saat saxlayın. Daha sonra isə maddəni silin və nəticəyə baxın. Əgər zinət əşyası qaralsa, deməli bu əsl gümüşdür. Əks halda sizin bəzək əşyanız surroqatdır.

Sizin əlinizin altında kükürd mazı yoxdursa, yoddan istifadə etmək olar. Metalın üzərinə bir damcı yod salın. Əgər bəzək əşyası öz rəngini dəyişmədisə, deməli sizin əlinizdəki qiymətli metaldır. Zinət əşyası birdən göyərdi? Deməli sizin əşyanız gümüşdən deyil, sinkdəndir, və yaxud ərintidə sinkin miqdarı çoxdur.

Yeri gəlmişkən, əgər əşyada sink çoxdursa, belə bir əşya hətta sizin bədənizdədə iz qoyacaq.

Lakin bu cür surroqatlara nadir halda rast gəlmək mümkündür. Dələduzlar bəzək əşyalarını yaxşı saxtalaşdırmağı öyrəniblər. Lakin əşyaların əyarı hər şeyi göstərə bilər. Əyara diqqətlə baxın. O dəqiq olmalıdır. Əksər hallarda gümüşün üzərinə 925 rəqəmini qoyurlar. Lakin onun yanında digər əyar da ola bilər.

Artıq siz gümüş əşyalarının həqiqi olub olmadığını yoxlamağın üsullarını bilirsiniz. Sonda sizə bir neçə qeyd verək. Birincisi: gümüşdən olan əşyalar çox ucuz ola bilməzlər. İkincisi: zinət əşyalarını öz nüfuzunu düşünən mağazalardan almağınız məsləhətdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər