12 C
Baku
Wednesday, December 11, 2024

Günəş tutulması ABŞ şirkətlərinə 694 mln. dollara başa gələcək

Bu gün baş verəcək Günəş tutulması ABŞ şirkətlərini 694 mln. dollara yaxın ziyana salacaq.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, təxminən 20 dəqiqə davam edəcək nadir təbiət hadisəsi zamanı iş dayanacaq, çünki hər kəs bunu izləmək istəyəcək. Həmin vaxt işdə 87 mln. insan olacaq. Amma bu, ölkənin makroiqtisadi göstəricilərinə təsir etməyəcək. Çünki həmin fəaliyyətsiz 20 dəqiqənin əvəzində ödənilən əmək haqqı illik maaşa nisbətdə cüzidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər