“Günay Bank” ASC da müddətli əmanətin illik faizini endirməli olub.
Banker.az monitorinq qrupu bildirir ki, kommersiya bankı fiziki şəxlər üçün manatda cəlb etdiyi müddətli depozitin faiz dərəcəsini 11%-dən 10%-ə, ABŞ dollarında isə 3%-dən 2,5%-ə endirməli olub.
Qeyd edək ki, müştəriləri “Günay Bank” ASC-də yerləşdirdiyi əmanətlərdən il ərzində 10,87 mln. manatını (ümumi portfelin) geri çəkiblər və 1 aprel 2019-cu il tarixinə portfelin həcmi 78,6 mln. manata düşüb.
Bu ötən ilin ilk rübündə 89,48 mln. manata qədər idi.