10 C
Baku
Thursday, December 12, 2024

“Günay Bank”ın səhmlərinin 99.37%-i iki şəxsin nəzarətinə keçir

“Günay Bank” ASC-nin səhmlərinə sahib olan Günay İldırımzadə (2.67%) və Xanım Məmmədova (2.31%)paylarını satıblar.

İki fiziki şəxsin payını əsas səhmdarı Mahmud Məmmədov və digər əsas səhmdar Yeganə Şirinova alıblar.

Bununla da, Mahmud Məmmədov payını 54.5%-dən 58,22%-ə, Yeganə Şirinova isə payını 40.05%-dən 41.15%-ə çatdırıb. Son nəticədə əsas səhmdarların payı 94.4%-dən 99.37%-ə yüksəlib.

Səhmlərin qalan 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər