-1 C
Baku
Sunday, December 15, 2024

“Günay Bank”ın xalis mənfəəti kəskin azaldı – Zərərdən yaxa qurtara bilmir

“Günay Bank” ASC pandemiyalı 2020-ci il ərzində gəlirlərini artıra bilsə də, 1.54 milyon manatlıq problemli kreditlərə ayırmalar edib ki, bu da onun xalis mənfəətini öncəki illə müqayisədə kəskin azalmasına gətirib çıxarıb. Bank hələdə də zərərdən yaxa qurtara bilmir.

Geridə qalan 2020-də 12.94 milyon manat həcmində faizdən gəlir, o cümlədən bunun 9.57 milyonu müştərilərə verilmiş kredit, 2.19 milyon manatı banklar və digər maliyyə institutlarındakı depozitlərdən və 1.18 isə həmin institutlara verdiyi kreditlər üzrə faiz gəlirləri olub.

Bank ötən il 7.77 milyon manat faiz xərci, 5.65 milyon qeyri-faiz gəlirləri və 8.87 milyon isə qeyri-faiz xərcləri edib.

EXCHANGE”DƏN QAZANCI DÜŞÜR

Mənfəət-Zərər hesabatında diqqət çəkən bir məqam qeyri-faiz gəlirlərinin 33% azalmasıdır. Bu hesabatı analiz etdikdə məlum olur ki, “Günay Bank” ənənəvi gəliri sayılan (bəzi illərdə bu bankın əsas gəlir mənbəyi olub) “exchange”dən gəlirləri kəskin düşüb. Ötən il ölkədə dollar satışının daha çox satıldığı bir ildə bankın xarici valyuta alqı-satqısından cəmi 0.59 mln manat mənfəət edib. Bu 2018-ci ildə 5.51 mln. manat, 2019-cu ildə isə 4.34 mln manat olub.

Bankın əməliyyatı 1.95 mln manat mənfəətlə bitib. Lakin, ilkdə qeyd etdiyimiz kimi 1.54 mln manatlıq ayırmalar hesabına 0.41 mln manat xalis mənfəət edib. 2019-cu ildəki xalis mənfəət 2020-ci ildən 5 dəfə çoxdur.

Bu mənfəətdən sonra, “Günay Bank”ın illərdir yığılan zərəri son bir ildə 2.47 mln manatdan 2.06 manata düşüb. Kapitalın həcmi 65.08 mln manat təşkil edir.

“Günay Bank”ın 1 yanvar 2021-ci il tarixinə aktivlərinin həcmi 245.04 milyon manatdır. Burada, 190.87 milyonu müştərilərə verdiyi kreditlər, 20.86 milyonu nağd vəsaitlər, 2.23 milyonu digər banklara və maliyyə təşkilatlarına verdiyi kredit, 11.64 milyon manatı isə əmlakıdır.

Bankın öhdəlikləri 179.97 milyon manat olub. Bunun, 94.48 milyon manatı depozitlərdir. Bank depozit portfelini son bir ildə 15.8% artımdır.

 

 

 

Son xəbərlər
Digər xəbərlər