6 C
Baku
Sunday, December 15, 2024

“Günay Sığorta” 2.4 milyon manat pul itirib

“Günay Sığorta” ASC-nin 2022-ci ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında kəskin azalma tendensiyası davam edib.

Şirkət yanvar-avqust aylarında 4.885 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 2.378 mln. manat və ya 32% azalma deməkdir.

Yanvar-avqustda şirkət tərəfindən ümumilikdə 2.853  mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 346 min manat və ya 14% çox olub.

Son xəbərlər
Digər xəbərlər